Tuba yeni sevgilisi ilə görüntüləndi - İlk dəfə

tuba-yeni-sevgilisi-ile-goruntulendi
Oxunma sayı: 742

Tuba Büyüküstün yeni sevgilisi Umut Evirgen ilə ilk dəfə görüntülənib. 

“Qafqazinfo” xəbər verir ki, aktyor Onur Saylakdan boşanan aktrisa iş adamı ilə eşq yaşadığını hər kəsə elan edib.  Cütlük ötən gün  İstanbulun Nişantaşı ərazisində olublar. 

Evirgen “İndi biz yandıq” deyərək mətbuat üzvlərinin onları lentə aldığını görüb. Hər iki məşhur media nümayəndələrinə arxasını çevirərək onlar üçün ayrılan avtomobili gözləyiblər. Umut və Tuba daha sonra ərazidən uzaqlaşıblar. 

Xatırladaq ki, bir müddət əvvəl cütlüyü lentə alan "Hurriyet"in əməkdaşına müdaxilə olunmuş, iş adamının mühafizəçiləri ona zor tətbiq etmişdilər.