Tubanın eks-əri də özünə sevgili tapdı

tubanin-eks-eri-de-ozune-sevgili-tapdi
Oxunma sayı: 2005

Tuba Büyüküstünlə bir müddət əvvəl boşanan aktyor Onur Saylak özünə sevgili tapıb. “Qafqazinfo” xəbər verir ki, o, mətbuat katibi Gözde Yılmaz ilə eşq yaşamağa başlayıb. 

Saylak sevgilisi ilə rol aldığı serialının çəkiliş meydançasına gedib, cütlük daha sonra restoranda yemək yeyib.

Onur və Gözde onları görüntüləyən mətbuat nümayəndələrinin “Xeyirli olsun” sözlərinə “Təşəkkür edirik” cavabını veriblər. 

Qeyd edək ki, Tuba Büyüküstün ilə Onur Saylak 6 illik evliliklərini iyun ayında nöqtə qoyublar. Tuba Onurdan sonra iş adamı Umut Evirgen ilə yeni münasibətə başlayıb.