Tubanın sevgilisi onunla evlənəcəkmiş... - Fotolar

tubanin-sevgilisi-onunla-evlenecekmis
Oxunma sayı: 640

Tuba Büyükstün və sevgilisi Umut Evirgen Türkiyənin şou gündəmini zəbt etməyə davam edir. 

“Qafqazinfo” xəbər verir ki, münasibətlərini mediadan gizlədən, onları çəkən müxbirlərlə qalmaqallar yaşayan cütlük barədə bəzi məlumatlar əldə edilib. Belə ki, aktrisanın eşq yaşadığı iş adamı üç ay əvvəl evlilik yolunda ilk addımı atıb.  

O, Cansu Ağarnını ailəsindən istəmək üçün aktyor dostu Çağatay Ulusoyu da aparıb.  Bir neçə ay əvvəl həmin məclisdən çəkilən fotolar sosial şəbəkələrdə yayılıb.  

Türkiyə mətbuatı yazır ki, onların münasibəti elə də uzun çəkməyib və Ümit Cansudan ayrılıb və daha sonra Tuba ilə tanış olub.