Tüfəng, xəncər, heroin...

tufeng-xencer-heroin
Oxunma sayı: 1235

Sabirabad rayonunda narkotik vasitələrin qanunsuz satışı və odlu silah daşımada şübhəli bilinən şəxs saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, əvvəllər məhkum olunmuş Seyidağa Səmədovun yaşadığı evdə əməliyyat-axtarış tədbirləri keçirirlib.

Nəticədə oradan 20 ədəd “Tramadol”, 2 ədəd elektron tərəzi, 1 ədəd pnevmatik tüfəng, 1 xəncər və 1 bıçaq, habelə həyətyanı sahədən sellofana bükülmüş, çəkisi 150 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib.

Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd