“Tüklərim biz-biz oldu” - Qriqorçuk

“Tüklərim biz-biz oldu”
Oxunma sayı: 1393

Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının XXIII turunda “Səbail”lə evdə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı keçirib.

“Qafqazinfo” sport24.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə oyun haqda düşüncələrini bölüşüb:

“Əlbəttə, xal itirməyimiz çox pis oldu. Ancaq belə vəziyyətdə də yaxşı şeylər axtarmaq lazımdı. Yaxşı odu ki, ikinci 45 dəqiqədə öz oyunumuzu oynadıq. Bunu görərək tam əminəm ki, belə oynasaq, finala keçə bilərik”.

- İlk hissədə niyə belə yaxşı oynamadınız?

- Analiz var və bunu futbolçulara deyəcəyik. Oyana bildik, aqressiv, sürətli oynadıq. İndi vacib olan təhlil yox, ikinci hissədə meydanda olanlardı. Bu, mənim üçün vacibdi və ümidləndirir.

- Son oyunlarda, belə demək olar ki, komandada qələbə ruhu ölüb...

- Bəli, tam razıyam. Biz bunu görürük və buna qarşı mübarizə aparırıq. Buna nail olmağın çətin olduğunu başa düşürük. Futbolçuları dəstəkləyirik. Əsas odu ki, futbolçular toparlana bildilər və oyunlarıyla finala çıxmaq ümidi verdilər.

- Azarkeşlər sizə böyük mütəxəssis kimi çox inanırlar. Bunu Avropa Liqasının cavab matçlarında görmüşük. "Neftçi"ylə cavab qarşılaşmasında azarkeşlər sizdən qələbə gözləyir...

- İlk növbədə xoş sözlərə görə minnətdaram. Tüklərim biz-biz oldu, Məni xoş xatirələrə apardınız. Mənim üçün finala çıxmaq vacibdi. Bunun üçün hər şey edəcəyəm.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi