“Tulçinka”nın içində “İphone” keçirdi

tulcinkanin-icinde-iphone-kecirdi
Oxunma sayı: 1336

8 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə əsasən 19 il müddətinə azadlıqdan məhrum edilmiş və 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Babayev Eldar Fərhad oğlu ilə qısamüddətli görüşə gəlmiş bacısı oğlu Tanrıverdiyev Ehtiyat Arif oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman “Tulçinka” yağının içərisində xüsusi üsulla gizlədilmiş iki plastik qabın arasından daxilində danışıq kartı olan bir ədəd “İphone 4s” markalı mobil telefon aparatı və bir ədəd USB kabel aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.