“Tülpan İlham”ın adamı sifarişli qətl törədib - Killer azərbaycanlı biznesmendir

tulpan-ilhamin-adami-sifarisli-qetl-toredib
Oxunma sayı: 5800

Rusiyada azərbaycanlı Qalib Əsədov sifarişli qətldə ittiham olunur.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hazırda həbsdə yatan Əsədov 6 il əvvəl törədilən cinayətdə əsas şübhəlidir. 

Məlum olub ki, o, 2012-ci ildə Sank-Peterburqda yaşayan əcnəbi vətəndaşı aradan qaldırmaq üçün killer tutub. Killerə qurbanın fotosunu və yaşadığı ünvanı təqdim edib. Nəticədə 36 yaşlı həmin kişi başından vurulan çoxsaylı zərbələr nəticəsində qətlə yetirilir. 

İstintaq versiyasına görə, Əsədov bunun üçün killerə 200 min rubl (təxminən 6000 AZN) ödəyib. Qətli həyata keçirən şəxs isə Azərbaycandan olan Çobanov soyadlı biznesmendir. Hazırda o, beynəlxalq axtarışa verilib. 

Qeyd edək ki, Qabil Əsədov daha əvvəl də  - 2012-ci ildə sifarişli qətl törədib. O, “Tülpan İlham” olaraq tanınan restoranlar şəbəkəsinin sahibi İlham Əliyevin rəqiblərini aradan götürüb. Belə ki, Əsədov Ermənistandan olan iş adamı və Sertolovdan olan biznesmenin qətlini təşkil edib. Bu səbəbdən 2016-cı ildə haqqında 11 il həbs cəzası çıxarılıb.