Tunar nişanını qaytarıb?

tunar-nisanini-qaytarib
Oxunma sayı: 3070

Günel Zeynalovanın müğənni qardaşı Tunar Rəhmanoğlu nişan qaytarması barədə yayılan xəbərlərə münasibət bildirib. “Qafqazinfo”nun məlumatına görə, o, “Xəzər maqazin”ə açıqlamasında bu il ailə quracağını söyləyib:

“Hüzr düşdü, həyatımızda müəyyən hadisələr baş verdi. 2017-ci il qarışıq oldu. Yəqin ki, bu iş 2018-ci ildə başa çatar. İki toy olacaq. Qohumlar, dostlar çoxdur. Biri kişi, digəri isə qadın və kişilərdən ibarət məclis olacaq”.

O, saxta ailə həyatı quran şəxslər barəsində də danışıb:

“İstəmərəm ki, kimsə evlilik məsələsi ilə oyun oynasın. Ailə qurmaq lazımdır, oyun oynamaq yox. Qarşı tərəfə hörmət etmək lazımdır ki, o da sənə qarşılıq kimi hörmət qoysun.İnşallah ki, başqalarına örnək olarıq. Həyatımızda ayrılıq filan olmaz”. 

Qeyd edək ki, T.Rəhmanoğlu bir ildir sevgili olduğu xanımla ötən ilin yanvarında nişanlanıb. Onun nişanlısı özəl məktəblərdən birində müəllimədir.