Tunay komaya düşməsindən yazdı - “3 gündə bir neçə dəfə...”

tunay-komaya-dusmesinden-yazdi
Oxunma sayı: 1008

Uzunmüddətdir ki, Türkiyədə yaşayan keçmiş teleaparıcı Tunay Əliyeva komaya düşməsi barədə paylaşım edib. 

“Qafqazinfo” nun məlumatına görə, eks-aparıcı sosial şəbəkədə yazıb ki, üç gün ərzində bir neçə dəfə ürəyi dayanıb:

“Doğum günümü reanimasiyada komada keçirdim, 3 gündə bir neçə dəfə ürəyim dayandı. Ölümü gördüm. Həkimlərin sayəsində ölmədim, amma xatırladığım bir şey var:

O üç gündə həkimin hər dəfə qulağıma “geri dön” deməsi. İndi palataya keçirdilər. Ümid edirəm ki, hər şey yaxşılığa doğru gedir”.