Tuncelidə anti-terror əməliyyatı - 3 əsgər yaralandı

tuncelide-anti-terror-emeliyyati
Oxunma sayı: 648

Türkiyə təhlükəsizlik qüvvələri Tunceli vilayətində anti-terror əməliyyatları aparır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Əməliyyatlar zamanı terrorçuların hücumu nəticəsində 3 əsgər yaralanıb. Yaralı hərbçilər helikopterlə Elazığda xəstəxanaya çatdırılıb.

Bölgədə terrorçulara qarşı əməliyyatların davam etdiyi bildirilir.