Tunisdə daha bir nəfər özünü yandırdı

tunisde-daha-bir-nefer-ozunu-yandirdi
Oxunma sayı: 644

Gafsa şəhərində valilik binasının önündə özünü yandıran adamın 48 yaşı və 3 övladı vardı. İşsizliyə və səfalətə görə özünü yandıran adam 10 gündür ki, başqa işsizlərlə birlikdə nümayişlərə çıxırmış.

Bu dəfə isə ölkənin Bizerte şəhərində 50 yaşındakı Davud Buhli mərkəzi meydanda üstünə benzin tökərək yandırıb. Buhli ağır yanıqlarla Buqatfa xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, aclıq və səfalət çəkən işsiz Tunis xalqı artıq bu vəziyyətə dözməyəcəyini, etiraz aksiyalarını davam edəcəyini bəyan edib.