Tunisə uçan təyyarənin mühərriki dayandı - Bakıda məcburi eniş etdi

tunise-ucan-teyyarenin-muherriki-dayandi
Oxunma sayı: 2934

Dohadan Tunisə uçan təyyarə mühərrikinin dayanması səbəbindən Bakıda məcburi eniş edib. 

Heydər Əliyev Beynəlxalq Aeroportun mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, “Qatar Airways” aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin ikinci mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə saat 11:29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib. 

Göyərtəsində 137 nəfərin olduğu “Airbus A330” təyyarəsi Dohadan Tunisə aviareys həyata keçirirdi.

Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılıb. 

Təyyarə Bakı vaxtı ilə saat 12:16-da uğurlu eniş edib, xəsarət alan yoxdur.