“Tünzalədən icazə almışam...”

tunzaleden-icaze-almisam
Oxunma sayı: 639

Müğənni Günay İbrahimli bu dəfə əməkdar artist Tünzalə Ağayevanın repertuarına müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi sözləri Gülağa Tənhaya, musiqisi əməkdar artistin özünə məxsus “Pərvanə” mahnısına yeni nəfəs verib. İfa artıq İbrahimlinin rəsmi “Youtube” səhifəsində yayımlanıb.

Günay bildirib ki, “Pərvanə”ni ilk dəfə altı il bundan əvvəl oxuyub:

“Bu mahnını mən 6 il bundan əvvəl ifa etmişdim. Sevə-sevə söyləmişəm, çünki bu mahnını çox bəyənirəm. Bilirsiz ki, həmin bəstəni Tünzalə xanım ifa edib. Ona müraciət etdim, təşəkkür edirəm ki, icazə verdi. İndi o mahnıya yeni nəfəs verəcəyimə inanıram”.