Tünzalədən Nuraya sərt cavab - Qalmaqal böyüyür

tunzaleden-nuraya-sert-cavab
Oxunma sayı: 3241

Əməkdar artist Tünzalə Ağayeva ilə Nura Suri arasında yaranan gərginlik artmağa başlayıb. “Qafqazinfo” xəbər verir ki, Tünzalə bir neçə həftə bundan əvvəl  Nuranın “ATV maqazin onlarla” proqramına verdiyi açıqlamaya münasibət bildirib. 

Əməkdar artist deyib ki,  həmkarı kompleksli biridir: “Öz dediyi sözün fərqinə varmır, anlamır. Bu müzakirə ediləcək bir şeydir? Gülüşə səbəb olacaq bir haldır. Mən peşəkar insanları, işində, sözündə və həyat tərzində keyfiyyətli olan insanları həmkarlar sayıram.

 Danışığı ilə qulağı, düşüncəsi fərqlidir. Bu, insanın kompleksindən, iç boşluğundan, narahat həyat tərzindən bəhs edir. Qeyri-yerlərdə olan “musiqiçi”lərı, “ifaçı”ları müzakirə etməyə vaxt ayırmıram”.  

Qeyd edək ki, Nura “Hİt parad” rubrikasında Tünzalənin özünü hamıdan üstün tutduğunu bildirmişdi.