Tünzalənin pilates şousu... - Video

tunzalenin-pilates-sousu
Oxunma sayı: 3281

Əməkdar artist Tünzalə Ağayeva sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib. “Qafqazinfo” xəbər verir ki, 42 yaşlı müğənni instaqram səhifəsində pilates edərkən lentə alınan görüntülərini yayıb. 

Tünzalə sözügedən videoya “Sevdiyim və çox zövq aldığım, faydasını gördüyüm pilatesim” şərhini yazıb. 

Qeyd edək ki, həmin idman növü ilə Xalq artisti Aygün Kazımova, onun qızı İlqarə Kazımova, Əməkdar artist Röya Ayxan, Sevda Yahyayeva, aparıcılar- Kamilə Babayeva, Afaq Gəncəli və başqaları məşğul olub.