Turabi Amerikada 1 milyon dollar üçün yarışacaq

turabi-amerikada-1-milyon-dollar-ucun-yarisacaq
Oxunma sayı: 2606

“Survivor Türkiyə” yarışmasında iki dəfə qalib olan Turabi Çamkıran ABŞ-ın məşhur “The Challenge” yarışmasında iştirak edəcək.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, MTV kanalında yayımlanacaq yarışmada 34 iştirakçı 1 milyon dollar uğrunda mübarizə aparacaq.

Turabi bu barədə sosial media hesabında bunları yazıb:

“Amerikanın ən məşhur, ən çətin və çox qazandıran yarışmasında Türkiyəni təmsil edəcəyəm. Ümid edirəm sizi qürurlandıraram”.

Qeyd edək ki, yarışma 6 fevralda start götürəcək.