Tural Abbaslının ailəsini təkləmək istəyirlər

tural-abbaslinin-ailesini-teklemek-isteyirler-
Oxunma sayı: 652

“Qafqazinfo”nun məlumatına görə, siyasi məhbusun anası yaşadığı Səməd Vurğun 49 ünvanındakı mənzilindən çıxmaq istəməməsinə aydınlıq gətirib. Onun sözlərinə görə, “Azinko” şirkətindən ev təklif edilsə də həmin evin hansı rayonda yerləşdiyi, evin ünvanı, nömrəsi haqqında ona heç bir məlumat verilmədiyi deyib. Onunla qonşuluqda yaşayan sakinlərə söküləcək evlərin müqabildə kompensasiya təklif edilsə də B.Abbasova ona belə bir təklifin də olunmadığını bildirib: “ İki gün əvvəl bütün sakinlərə zəng vuraraq pulların verildiyini bildirsələr də mənə belə bir zəng edilməyib. Ona bu haqda niyə məlumat verilmədiyi soruşanda isə siyasi məhbusun anasına BŞİH-nin nümayəndəsi Eldar Yusifov ironiya ilə “siz çox böyük adamsınız, biz sizin ayağınıza gələcəyik” cavabını verib: “Onların məqsədi budur ki, qonşular getsin, mən də tək qaldığımı görüb məcbur olaraq buranı tərk edim”.

Fatimə Kərimli