Tural Abbaslının həbs müddəti daha 2 ay uzadılıb

tural-abbaslinin-hebs-muddeti-daha-2-ay-uzadilib
Oxunma sayı: 658

Prosesdə çıxış edən Tural Abbaslı deyib ki, onlar siyasi sifarişlə həbsdə saxlanılırlar: “Hakimə dedi ki, bu məhkəmə prosesləri oyundur, onsuz da sifariş yuxarıdan verilib. Ona görə də qərarı elan edin. Hakimə dedi ki, şərə qulluq etmək lazım deyil”.

Tural Abbaslı haqda seçilən həbs qətimkan tədbiri ikinci dəfədir 2 ay müddətinə uzadılır.

Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Həmin gün Bakı Şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlayıb. 13 aksiyaçı həbs edilib, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə polis nəzarətinə verilib.