“Turan” 5 futbolçunu qovdu

turan-5-futbolcunu-qovdu
Oxunma sayı: 638

Maraqlı məqam ondan ibarətdir ki, onlardan biri Abdullayevin ən sevimli futbolçularına biri, “Bakı” və “Olimpik”də də rəhbərliyi altında oynayan gürcü yarımmüdafiəçi Aleksandr Qoqoberişvili olub. Komandaya cəmi 1 həftə öncə qayıdan Qoqoberişvilinin budəfəki Azərbaycan sərgüzəşti uzun çəkməyib. Onunla yanaşı, həmyerliləri Qoqi Pipia və Levan Çxetiani, eləcə də Bayram Kərimovla Hüseyn İsgəndərova qapı göstərilib. Qovulanlar son matçda zəif çıxış etməkdə günahlandırılırlar.

“Qafqazinfo”nun məlumatına görə, Turan premyer liqanın ikinci turunda Sumqayıta 1-0 hesabı ilə məğlub olan zaman Əsgər Abdullayevin əcnəbi futbolçu Salif Ballonu 300 dollar cərimə etməsi, bir neçə gün mətbuatın müzakirəsinə çevrildi.