Turan “Fənərbaxça”ya keçərsə, “Qarabağ” sərbəst buraxacaq - Rəsmi açıqlama

turan-fenerbaxcaya-kecerse-qarabag-serbest-buraxacaq
Oxunma sayı: 1374

“Qarabağ”ın futbolçusu Turan Vəlizadənin Türkiyənin “Fənərbaxça” klubuna transfer olunduğunu bildirmişdik. Lakin sosial şəbəkələrdə Ağdam klubunun onu İstanbul  nəhənginə transferinə mane olduğu müzakirə mövzusuna çevrilib. 

Bununla bağlı “Qarabağ” məbuat xidmətinin rəhbəri Nurlan İbrahimov “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, Turan “Fənərbaxça”ya gedəcəyi halda Ağdam klubu ona mane olmayacaq:

“Turan bizim komandaya “Fənərbaxça”dan gəlib. Daha doğrusu o, Türkiyə klubu ilə 1 il yarım öncə sənədlərində problem olduğu üçün müqavilə bağlaya bilməmişdi. Hazırda bizim əvəzedici heyətin üzvüdür. Amma aramızdakı anlaşmaya görə, Turanın nə zaman “Fənərbaxça”ya getmək imkanı olsa, biz onu sərbəst buraxacağıq”.