TuranBank kollektivinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib

TuranBank kollektivinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib
Oxunma sayı: 415

TuranBankın kollektivinin təşəbbüsü və Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə ənənəvi xeyriyyə qanvermə aksiyası  keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Respublika Mərkəzi Qan Bankının həkimlərinin nəzarəti altında həyata keçirilən aksiyada Bankın struktur bölmələrinin əlli nəfərə yaxın əməkdaşı həvəslə iştirak ediblər.

Aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara təmənnasız qan yardım etmək olub.

Qeyd edək ki, donorluq Bankın "Korporativ Sosial Məsuliyyət" proqramının ən vacib tərkib hissələrindən biridir. Artıq bir neçə il ardıcıl olaraq Bankın kollektivi qanvermə aksiyalarında yaxından iştirak edir. Bu il keçirilən qanvermə aksiyası da Bank əməkdaşlarının aktiv iştirakı ilə yadda qalıb.

Bank bu cür layihələrlə yanaşı, "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində müntəzəm olaraq kimsəsiz uşaqlara, yaşlılara yardım edir, idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində layihələr həyata keçirir.  



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi