TuranBanka yeni sədr təyin olunub - Rəhbərlikdə dəyişiklik

TuranBanka yeni sədr təyin olunub
Oxunma sayı: 1880

TuranBankın Müşahidə Şurası və İdarə Heyətinə yeni sədr təyin olunub.

TuranBankın Səhmdarlarının Ümumi Yığıncağının (SÜY) 29.06.2018-ci il tarixli qərarı ilə Bankın idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilib.

“Qafqazinfo” xəbər veri ki,  idarə heyətinin sədri vəzifəsini icra edən Rauf Kazımov Müşahidə Şurasının sədri seçilib, Bankın İdarə Heyəti sədrinin birinci müavini olmuş Fəzail Musayev isə İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Eyni zamanda, SÜY-nın müvafiq qərarı ilə Bankın İdarə Heyətinin üzvü Orxan Qarayev İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilib.

Qeyd edək ki, Bankın Müşahidə Şurasının sədri Fuad Musayev başqa işə keçməsi ilə əlaqədar vəzifəsini tərk edib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi