TuranBankda tələbələr üçün seminar keçirilib

turanbankda-telebeler-ucun-seminar-kecirilib
Oxunma sayı: 639

TuranBank Mərkəzi Bankın "Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol" layihəsinə qoşularaq BDU, ADİU, ADNSU, ADU, ATU-da təhsil alan tələbələr üçün seminar təşkil edib. "Young Business Factory"nin təşkilatçılığı ilə keçirilən seminar “Bank Riskləri və Valyuta Rejimi” mövzusunu əhatə edib.

"Qafqazinfo" xəbər verir ki, seminarda iştirak edən tələbələr Bankda təcrübə keçmək imkanı da qazanıblar.

Bank "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində müntəzəm olaraq kimsəsiz uşaqlara, yaşlılara yardım edir, idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində layihələr həyata keçirir.  

Bank, həmçinin KSM siyasətinin müddəalarını əsas götürərək, kreditləşmə fəaliyyətində yüksək ekoloji və sosial əhəmiyyətli layihələrə üstünlük verir, eyni zamanda, ətraf mühitə neqativ təsir edəcək layihələrin maliyyələşdirilməsindən imtina etməklə ekoloji risklərin minimuma endirilməsinə çalışır.

Bankın kollektivi öz növbəsində, kağız, enerji və sudan qənaətlə istifadə olunmasına xüsusi diqqət yetirir, “Təmiz şəhər” layihəsi çərçivəsində kağız tullantılarının təhvil verilməsi, paytaxt və regionlarda ağac əkilməsi aksiyalarında aktiv iştirak edir.