TuranBankdan Novruz aksiyası

turanbankdan-novruz-aksiyasi
Oxunma sayı: 883

TuranBank Novruz Bayramı münasibətilə biznes kreditlərinə endirim aksiyasına başlayır. Şərtlərə görə 15-30 mart tarixlərində Bankdan biznes krediti əldə etmək istəyən müştərilər heç bir komisyon haqqı ödəmədən kreditin illik faizində 2% endirim qazanacaqlar.

"Qafqazinfo" xəbər verir ki, TuranBank hazırda 25 iyun tarixinədək davam edəcək möhtəşəm “Hədiyyə Mövsümü!” adlı əmanət kampaniyasını keçirir. Kampaniya müddəti ərzində Bankda ən azı bir il müddətinə minimum 1000 manat və ya ABŞ dolları məbləğində depozit yatıran müştərilər Hyundai Grandeur avtomobili ilə yanaşı, Türkiyə və ölkəmizin səfalı guşələrinə 2 nəfərlik səyahət paketi, qızıl külçə, televizor, noutbuk, planşet, mobil telefon, hədiyyə kartları və sair çox sayda uduşlara sahib olmaq imkanı qazanacaqlar. Qeyd edək ki, kampaniya müddəti ərzində Bankda yatırılan əmanətlərin hər 1000 manat və ya ABŞ dolları məbləği müqabilində əmanət sahibinə 1 (bir) lotereya bileti verilir.

“Hədiyyə Mövsümü!” kampaniyası  haqqında ətraflı məlumatı Bankın rəsmi www.turanbank.az saytından, facebook (www.facebook.com/turanbankasc), instagram (https://www.instagram.com/turanbank/) səhifələrindən və ya 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar. 

Məlumat üçün bildiririk ki, Bankın geniş çeşidli əmanət növlərinin cəmləndiyi “Sirlər Xəzinəsi” kampaniyası çərçivəsində 3 aydan 3 il müddətinədək açılan əmanətləri manat, ABŞ dolları və avroda yerləşdirmək mümkündür.

Bank hazırda müştərilərə manat və ABŞ dollarında sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditlərini təklif edir.

Qeyd etmək lazımdır ki, Bankın beynəlxalq statuslu MasterCard plastik kartları da öz rəqabət qabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code, CashBack və s. xidmətlərdən istifadə etmək mümkündür.

Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) fəaliyyət göstərir.