Turistin başına reklam lövhəsi düşdü, travma aldı

turistin-basina-reklam-lovhesi-dusdu-travma-aldi
Oxunma sayı: 1685

Bakıda müşahidə edilən güclü külək 1 nəfərin xəsarət almasına səbəb olub.

"Qafqazinfo" Femida.az-a istinadən xəbər verir ki, Küveytdən olan 1990-ci il təvəllüdlü turist Fəhad Saəd Abdullah Nizami küçəsi ilə gəzişərkən əsən güclü külək nəticəsində başına reklam löhvəsi düşüb.

Nəticədə o, qapalı kəllə-beyin travması alıb. Yaralı "təcili yardım" maşını vasitəsilə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.