Turistlər “Çukur”a görə ora axın edir - Fotolar

turistler-cukura-gore-ora-axin-edir
Oxunma sayı: 2770

Türkiyəyə gələn turistlər ən çox Show TV-də yayımlanan “Çukur” serialının çəkildiyi əraziyə axın edir. 

“Qafqazinfo” xəbər verir ki, ekran işinin çəkildiyi tarixi Balat küçəsi ölkəyə gələn qonaqların diqqət mərkəzindədir. Belə ki, son zamanlar əcnəbilərin seçimi həmin ərazidir.

Rəsmi məlumatlara görə, yerli və xarici turistlərin 50 faizi Balat küçəsinə gedir. Bu da, fenomen serialın çəkilişlərinin sözügedən ərazidə baş tutmasından irəli gəlir.