Turistlərə saxta bilet satan Eldar həbs edildi

turistlere-saxta-bilet-satan-eldar-hebs-edildi
Oxunma sayı: 2243

Rusiyanın "Anji" klubunun keçmiş icraçı direktoru Eldar İsayev həbs olunub. 
 
"Qafqazinfo" xəbər verir ki, keçmiş klub rəsmisi Tver polisi tərəfindən saxlanılıb. O, Rusiyada keçirilən dünya çempionatına saxta biletlər satmaqda ittiham olunur. Eldar çinli turistlərə ümumilikdə 860 min avro dəyərində biletlər satıb. İyul ayının 19-a qədər dindiriləcək İsayevin günahı sübuta yetirilsə, ən azı 10 ilədək azadlıqdan məhrum ediləcək.
 
Qeyd edək ki, İsayev 2017-ci ildə "Anji"də çalışıb. Şeytanla bəhsə girəcək qədər hiyləgər xarakterə sahib olan funksioner futbolçuları kluba baxışa dəvət edərkən pul qarşılığında bunu edib. O, Mahaçqala klubundan ötən ilin oktyabr ayının 18-də göndərilib.