Turistləri daşıyan gəmidə partlayış olub, 13 yaralı

turistleri-dasiyan-gemide-partlayis-olub-13-yarali
Oxunma sayı: 723

Meksikanın Playa-del-Karmen şəhəri sahillərində turistləri daşıyan bərədə partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Məlumata əsasən, turistləri daşıyan gəmidə partlayış olub. Nəticədə 13 nəfər xəsarət alıb. Yaralananların 3-ü ABŞ vətəndaşıdır.

Faktla bağlı araşdırma aparılır.