Turistlərin ən çox getdiyi şəhərlər məlum olub - Foto

turistlerin-en-cox-getdiyi-seherler-melum-olub
Oxunma sayı: 5177

2017-ci ildə ən çox turist Honkonqa səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Euromonitor International” kompaniyası məlumat yayıb.

Məlumat əsasən, 9 ay ərzində bu şəhəri 25,7 milyon insan ziyarət edib.

İkinci və üçüncü yeri müvafiq olaraq Banqkok (23 mln) və London (19,8 mln) tutub.

İlk onluqda həmçinin Sinqapur, Makao, Dubay, Paris, Nyu-York, Şençjen və Kuala-Lumpur yer alıb.