Turizm “cənnəti” “cəhənnəmə” döndü - 23 gündür vulkan püskürür + Fotolar + Video

turizm-cenneti-cehenneme-dondu
Oxunma sayı: 7477

ABŞ-ın Havay adalarında 3 mayda fəaliyyətə keçən Kilauea vulkanı 23 gündür lava püskürməyə davam edir.

“Qafqazinfo” xəbər verir ki, püskürmə səbəbində meşələrdə yanğınlar baş verib, zəhərli qazlar səbəbindən isə bölgədə qatı duman qatları yaranıb.

Bölgədən 2 minə yaxın insan başqa yerlərə təxliyyə edilib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi püskürmənin nə zamana qədər davam edəcəyini proqnozlaşdırmağın çətin olduğunu açıqlayıb.