Türk aktrisanın toyunda “səndən uşağım var” sürprizi

turk-aktrisanin-toyunda-senden-usagim-var-surprizi
Oxunma sayı: 660

Türkiyəli aktrisa Merve Sevinin toyunda maraqlı anlar yaşanıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur simaların qatıldığı toyda nikah kəsilən zaman gəlinə sürpriz olunub. Belə ki, bəy “hə” deyən zaman aktrisa Dost Elver “Algün, səndən uşağım var” deyə qışqırıb. Əvvəlcə hər kəs buna təəccüblənsə də, sonradan zarafat hamının üzünü güldürüb.

Toyda digər maraqlı məqam isə çəkilişlə bağlı yaşanıb. Çəkiliş üçün istifadə olunan dron ağaclara çırpılaraq qonaqlar olan yerə düşüb. Xəsarət alan olmasa da, toy iştirakçıları xeyli qorxub.