Türk alimin bu kəşfindən bütün dünya danışacaq

turk-alimin-bu-kesfinden-butun-dunya-danisacaq
Oxunma sayı: 2280


ABŞ-ın Texas ştatında yerləşən Rice Universitetində nano texnologiyalar üzərində çalışan türk alimi Şehmus Özden susuzluq probleminin həllinə yol açan bir kəşfə imza atıb. Onun Afrikadakı Namibiya səhrasında yaşayan stenocara adlı böcəyi örnək alaraq təkmilləşdirdiyi sutoplama üsulu səhra və quraq yerlərdə içməli su probleminə potensial çözüm sayılır.

Material və nano mühəndisliyi bölümündə doktorluq dissertasiyası üzərində çalışan Şehmus Özden və rəhbərlik etdiyi qrup su müşkülünü həll etmək üçün nano texnologiyadan yararlanaraq önəmli bir kəşfi gerçəkləşdirib.

 Özden Anadolu Agentliyinə müsahibəsində kəşfini belə anladıb:

 «Təbiəti öyrənərkən, heç bir enerjiyə ehtiyac duymadan içməli su problemini çözən varlıqlara rast gələ bilərik. Afrikanın Namibiya səhrasında yaşayan «stenocara» adlı böcək başı aşağıya doğru, arxası və qanad hissəsi yuxarıya yönəlmiş şəkildə 45 dərəcə bucaq altında küləyə qarşı durarkən, havadakı nəmdə olan su molekullarını toplayır.  Biz də bu böcəyin sutoplama mexanizminə bənzər sistem düşünüb hazırladıq. Bu kəşf içməli su probleminə potensial çözüm sayılır».