Türk alpinistin cəsədi 26 il sonra tapıldı

turk-alpinistin-cesedi-26-il-sonra-tapildi
Oxunma sayı: 3029

Alp Dağlarında 1992-ci ildə 21 yaşında olarkən itkin düşən türk alpinist Həsən Tarımın cəsədi tapılıb.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, cəsəd buzlaqların əriməsindən sonra dünən bir qrup alpinist tərəfindən üzə çıxarılıb.

Aparılan ilkin ekspertizadan sonra cəsədin Həsən Tarıma məxsus olduğu müəyyən edilib.

Qeyd edək ki, son zamanlada Alp dağlarında buz qatlarının əriməyə başlamasından sonra bir neçə alpinistin cəsədi aşkar edilib.