Türk elm adamları Bakı Ali Neft Məktəbində - Fotolar

turk-elm-adamlari-baki-ali-neft-mektebinde-fotolar
Oxunma sayı: 661

“Qafqazinfo” xəbər verir ki, qonaqları salamlayan rektor Elmar Qasımov bildirib ki, bir ölkəninin inkişafı onun savadlı kadr potensialından asılıdır. Dinamik sürətlə inkişaf edən ölkəmiz üçün müasir biliklərə yiyələnmiş yüksək ixtisaslı kadrların yetişdirilməsi olduqca vacib məsələlərdən biridir. Ölkə başçısının son illər həyata keçirdiyi uğurlu təhsil islatlarından danışan rektor qeyd edib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və beynəlxalq standartlara cavab verən dörd yeni ali təhsil müəsissəsinin yaradılması bu sahədə inkişafın bariz göstəricilərindəndir. Daha sonra E. Qasımov “Çağ Öyrətim İşlətmələri” şirkətinin Azərbaycanda təhsil sahəsində 20 il ərzində həyata keçirdiyi uğurlu təhsil layihələrindən söhbət açıb.

“Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən kollektivi təbrik edərək bildirib ki, Azərbaycanda müasir standartlara cavab verən bele universitetlərin qurulması olduqca vacibdir. Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərindən danışan Ənvər Özərən vurğulayıb ki, təhsil ölkənin inkişafı deməkdir. O, 20 il öncə Azərbaycana gəlməklərini xatırlayaraq qeyd edib ki, o zaman Azərbaycan üçün hər tərəfli ağır dövr idi, lakin bütün bunlara baxmayaraq, Heydər Əliyev təhsil sahəsinin nə qədər önəmli olduğunu nəzərə alaraq onların səmərəli fəaliyyəti üçün yüksək şərait yaratmışdı: “Bu gün bu dəstəyi və yüksək diqqəti cənab prezidentimiz İlham Əliyev davam etdirir”.

Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç çıxış edərək bildirib ki, Qafqaz Universiteti Bakı Ali Neft Məktəbi ilə bir çox sahələrdə əməkdaşlıq etməyə hazırdır. O qeyd etmişdir ki, bu iki universitet ümumi maraqlar baxımından bir- birilərinin təcrübələrindən yararlanmalıdırlar.