“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, London təmsilçisi Superliqanın bombardirini transfer etmək üçün “qaradənizlilər”ə 14 milyon avro təklif etmək niyyətindədir. Çempionatda bu mövsüm 25 qola imza atan Burakın transferində “Rubin”, ÇSKA (Moskva) və “Ayaks” klublarının da maraqlı olduğu qeyd edilir.
Qeyd edək ki, “Arsenal”ın “Twitter” sosial şəbəkəsindəki səhifəsindəki azarkeşlər də Burak Yılmazın komandaya gətirilməsini istəmişdilər.
Ceyhun Əhmədov