Türk gəmisi 75 miqrantı xilas edib

Türk gəmisi 75 miqrantı xilas edib
Oxunma sayı: 355

İzmirdən İspaniyaya səfər edən Türkiyə gəmisi Aralıq dənizində 75 miqrantı xilas edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, Yunanıstan sahil mühafizə xidməti ərazidə olan gəmilərdən kömək istəyib. Ümumilikdə İraq və Suriya əsilli 75 nəfər miqrant xilas edilib. Onlardan 15-i uşaq, 2-si körpə, 12-si qadın və 46 kişi olub. Xilas edilənlər Sahil Mühafizə Xidmətinin müşayəti ilə Pylos limanına aparılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi