Türk general Azərbaycana səfər edəcək

turk-general-azerbaycana-sefer-edecek
Oxunma sayı: 661

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, səfər fevralın 7-dən 9-dək davam edəcək. Bu səfər general N. Özəlin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində Azərbaycana ilk səfəridir.

Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın hərbi qurumlarında, həmçinin dövlət və hökumət rəsmiləri ilə görüşləri planlaşdırılır. Görüşlərdə Azərbaycan və Türkiyə arasında hərbi sahədə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti qiymətləndiriləcək, əlaqələrin perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, N. Özəl Türkiyə Jandarma Qüvvələrinin Baş Komandanı qismində ötən ilin yanvarında Azərbaycanda səfərdə olub.