Türk həkim botoksla qadınları bu günə qoydu - Fotolar

turk-hekim-botoksla-qadinlari-bu-gune-qoydu
Oxunma sayı: 4534

İngiltərə mediası özünü həkim kimi təqdim edərək qadınlara botoks edən türkdən danışır.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Londonda yaşan Ozan Melin adlı şəxs Türkiyədə və ABŞ-da təhsil aldığını deyərək qadınları aldadıb və onlara botoks əməliyyatı edib. Nəticədə üzləri tanınmaz hala düşən pasiyentlər polisə şikayət ərizəsi yazıblar.

Aparılan araşdırmalardan sonra Melin hakim qarşısına çıxıb. Onun botoks üçün fərqli kimyəvi maddələrdən istifadə etdiyi və bunun da güclü əks-təsirinin olduğu aydınlaşıb.

Ozanın məhkəməsi iyunun 8-də davam etdiriləcək. Hələliksə o, azadlığa buraxılıb. 

Nuranə