“Türk iş adamı” telefon oğurladı - Video

turk-is-adami-telefon-ogurladi
Oxunma sayı: 2542

Bakıda özünü türk iş adamı kimi qələmə verərək dələduzluq edən Salyan sakini saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən zərərçəkən bir müddət əvvəl özünü Hakan kimi təqdim edən şəxslə tanış olduğunu və həmin şəxsin onun mobil telefonunu oğurladığını bildirib.

Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qeyd dilən cinayəti törətməkdə şübhəli bilinən Salyan rayon sakini Məmmədəli Əhmədov saxlanılıb. O, ifadəsində özünü türk iş adamı kimi təqdim etdiyini və zərərçəkənlə guya, fermasını almaq adı ilə görüşdüyünü, bu zaman onun mobil telefonunu oğurladığını etiraf edib. 

Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. Polis əməkdaşları M.Əhmədovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.