Türk klubları avro kuboklardan kənarda qala bilər

turk-klublari-avro-kuboklardan-kenarda-qala-biler
Oxunma sayı: 674


“Qafqazinfo” türk mətbuatına istinadən xəbər verir ki, UEFA İntizam Komitəsi bu iki klubu avro kuboklardan kənarlaşdıra bilər. Buna səbəb İntizam Komitəsinin “Fənərbxaça” və “Beşiktaş”ı oyun satmaqda və oyunun nəticəsinə təsir etməkdə günahlandırmasıdır. UEFA İntizam Komitəsi bu iddiaya əsasən, “Fənərbaxça”ya 2, “Beşiktaş”a 1 il avro kuboklardan kənarda qalmaq cəza verilməsini tələb edir. Klublar isə iyun ayının 20-də UEFA qarşısında özlərini müdafiə edəcək və heç bir günahlarının olmadığını sübut etməyə çalışacaqlar.

İqbal