Türk məşhur gizlicə Bakıya gəldi

turk-meshur-gizlice-bakiya-geldi
Oxunma sayı: 1679


“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, o, Xəzərin sahilində qapalı bir məkanda konsert proqramı ilə çıxış edib.

“Şou+”-a müsahibə verən ifaçı 6 illik musiqi həyatı dövründə 6-7 dəfə Bakıya gəldiyini deyib:

“Bakıya hər gəldiyimdə çox isti qarşılanıram. Xoşbəxt oluram. Bura üçün darıxmışdım. Konsert turuna start vermişəm. İlk məkanım Bakı oldu. Yolumuz hələ uzundur. Yeni mahnılar da yazdırıram. Ramazan ayından sonra çox gözəl mahnılar təqdim edəcəyəm və albom çıxaracağam. Bundan əlavə, yeni duetlər hazırlamışıq. Çox məşhur şəxslər olsa, adını açıqlamaq istəmirəm”.

Sosial şəbəkələrdən də söz açan ifaçı saxta profillərə görə öz adından istifadə edə bilmədiyini deyib: 

“Facebookdan istifadə etmirəm. İnstaqram və Tvitterim olsa da, öz adımla daxil ola bilmirəm”.

Müğənni Azərbaycandakı pərəstişkarları ilə görüşmək istədiyini də deyib: 

“İstanbulda fanklub görüşləri olur. Bir görüşün də Bakıda reallaşmasını istəyərdim”.