Türk mətbuatı Günaya yeni sevgili tapdı

turk-metbuati-gunaya-yeni-sevgili-tapdi
Oxunma sayı: 2316

Türkiyənin “Posta” qəzeti  azərbaycanlı model Günay Musayeva haqqında yeni bir iddia ortaya atıb. “Qafqazinfo” xəbər verir ki, 2011-ci ildə aktyor Tolqa Karellə evlənən və 4 il sonra boşanan modelin stilist Fuad Hacıyevlə sevgili olduğu qeyd olunub. 

Stilisti iş adamı kimi təqdim edən qəzet yazır ki, Musayeva yeni bir eşqə başlayıb. Bundan əlavə,  xəbərdə Günayın  instaqramda Fuada yazdığı “Mənim ruh əkizim, səni sevirəm” şərhi qabardılıb. 

Qeyd edək ki, G. Musayeva ilə bağlı Türkiyə mətbuatı dəfələrlə bu mövzuda xəbərlər yazmış, model yayılan məlumatları təkizb etmişdi. Hətta, Günay Fuad Hacıyevlə yaxın dost olduğunu dəfələrlə etiraf etmişdi.