Türk milyarder Azərbaycan heykəltəraşından danışdı

turk-milyarder-azerbaycan-heykelterasindan-danisdi
Oxunma sayı: 646

Türkiyəli milyarder Ali Ağaoğlu azərbaycanlı heykəltaraşın hazırladığı Mustafa Kamal Atatürk heykəlinin açılışını edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, milyarder açılışa gənc balerina sevgilisi Duyğu Su Gülpınar ilə ilə qatılıb. Açılışda söz alan Ağaoğlu Atatürkün Türkiyə tarixindəki rolundan bəhs edib və heykəl barədə qısa məlumat verib. O, 8 metrlik heykəlin azərbaycanlı heykəltaraş Sənan Eynullayev Əhədoğlu tərəfindən 5 ay ərzində hazırlandığını bildirib. 

Daha sonra konsert proqramı ilə davam edən tədbirdə milyarder öz aksessuarı ilə diqqət çəkib. Belə ki, onun bir qolunda çox qalın qızıl qolbaq digər qolunda isə brilyantla bəzədilmiş qızıl saat olub. Onun diqqətçəkın bu aksessuarları Türkiyə mediasında  gündəmə çevrilib.

Aysel Kərimova