Türk restoranına hücum edənlər də tutuldu - Fotolar + Video + Yenilənir

turk-restoranina-hucum-edenler-de-tutuldu
Oxunma sayı: 1197

Xəbər verdiyimiz kimi, Barselonanın Las Ramblas bölgəsində 1 avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində 20 nəfər yaralanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu hadisədən biraz sonra isə bu dəfə 2 silahlı La Boqueria Market bölgəsində "Luna de İstanbul" adlı bir türk restoranına hücum edib.

Şahidlərin sözlərinə görə, restorandan silah səsləri eşidilir.

Müştərilərin girov götürüldüyü bildirilir.

***

İspaniya polisi restoranda heç kimin girov götürülmədiyini açıqlayıb.

Hazırda restorana hücum edənlərin şəxsiyyəti müəyyənləşdirilir. Onları İŞİD terror təşklatı ilə əlaqəsinin olduğu ehtimal edilir.

***

Son məlumatlara əsasən, restorana hücum edənlər tutulub. Hələlik onların şəxsiyyəti açıqlanmayıb.

Avtomobili piyadaların üstünə sürərək qətliam törədən Driss Oukabirin də az öncə tutulduğu açıqlanmışdı.