Türk restoranına silahlı hücum - 17 ölü, 8 yaralı

turk-restoranina-silahli-hucum
Oxunma sayı: 633

Afrika ölkələrindən olan Burkina Fasonun paytaxtında yerləşən "Aziz İstanbul” adlı türk restoranına silahlı hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 3 naməlum şəxs gecə saatlarında kafeyə daxil olaraq müştərilərə atəş açıb. Nəticədə 17 nəfər ölüb, 8 nəfər yaralanıb. 

Ölkənin Rabitə naziri kafeyə hücumu terror aktı olaraq dəyərləndirib. 

Burkino-Fasonun təhlükəsizlik qüvvələri silahlı şəxslərdən 3-nü zərərsizləşdirə bilib, lakin kafedə hələ də adamların qaldığı bildirilir.