Türk seriallarının yayımını vəliəhd qadağan edibmiş

Türk seriallarının yayımını vəliəhd qadağan edibmiş
Oxunma sayı: 1093

Türkiyə istehsalı olan seriallara qoyulan embarqonun arxasında Səudiyyə Ərəbistanın vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın durduğu məlum olub.

“Qafqazinfo” xəbər verir ki, Wall Street Journal qəzetinə danışan səudiyyəli mənbələr bildiriblər ki, korrupsiya əməliyyatı çərçivəsində MBC telekanalının rəhbərliyini öz əlinə keçirən şahzadə bu qərarı ilə Türkiyəyə mesaj vermək istəyib. 

Belə ki, Salmanın qadağa qərarının arxasında Türkiyənin Qətərə dəstəyinin durduğu iddia edilir. 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və BƏƏ başda olmaqla Körfəz ölkələri Qətərə 2017-ci ilin iyununda etibarən iqtisadi embarqo tətbiq edib. Ankara hökuməti isə Qətərlə müttəfiqliyinə davam edəcəyini bildirərək embarqonu qınamışdı. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi