Türk vətəndaşına 238 manat rüsum yazılıb - Şikayətçidir

Türk vətəndaşına 238 manat rüsum yazılıb
Oxunma sayı: 1549

Türkiyə vətəndaşı  Muhammed Emin  Bahar martın 9-da Sınıq Körpü keçid məntəqəsindən Azərbaycana daxil olarkən əsassız yerə ondan artıq ödəniş alındığını iddia edib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, o qeyd edib ki, idarə etdiyi avtomobili yük məqsədi ilə istifadə etmədiyi halda "yük avtomobili" kimi qeydə alınıb və Azərbaycanda 10 gün qalacağını desə də, gömrük əməkdaşı səhvən 30 gün qeyd edib, sonradan isə bunu dəyişməkdən imtina edib. Buna görə də 238 AZN rüsum ödədiyini bildirib. E.Bahar artıq ödədiyini idda etdiyi pulunu geri qaytarılmasını istəyib.

“Qafqazinfo”nun bununla bağlı sorğusuna Dövlət Gömrük Komitəsindən cavab verilib. Qurumun cavabında qeyd edilib ki, həmin şəxs gömrük sərhədini keçərkən gömrük əməkdaşına turist kimi ölkəmizə gəldiyini bildirib: “Olkəmizdə 15 gün, hətta 1 ay da qala biləcəyini bəyan edib. Muhammed Emin Bahar gömrük əməkdaşına dəqiq müddət bildirmədiyindən onun geri dönüş zamanı hər hansı problemlə qaşılaşmaması üçün maksimum müddət qeydə alınıb. İdarə etdiyi avtomobil isə həmin nəqliyyat vasitəsinin texniki pasportunda da qeyd olunduğu üzrə kiçik həcmli yük nəqliyyat vasitəsi olduğundan yük nəqliyyat vasitəsi olaraq da qeydiyyata alınıb. Muhammed Emin Bahar sərhədkeçmə prosesi zamanı qanunvericilikdə nəzərdə tutulan vəsaiti banka ödəyib və onun irəli sürdüyü iddialar həqiqətə uyğun deyil”.

Murad Əhməd





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi