Türk xalqı səs verdi, ölkə həyacanla gözləyir

turk-xalqi-ses-verdi-olke-heyacanla-gozleyir
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, hazırda səslərin sayılması prosesi başlayıb. Yaxın dəqiqələrdə ilkin nəticələrin açıqlanması prosesi başlayacaq.

Qeyd edək ki, səsvermə bu gün yerli vaxtla saat 07:00-da başlayıb. Parlament seçkilərində 15 siyasi partiya iştirak edir. Onlardan 7,5 min namizəd, 203 nəfər isə müstəqil namizəd kimi irəli sürülüb.

Birpalatalı Türkiyə parlamentinə ümumilikdə 550 nəfər seçiləcək. Bu seçkilərdə başlıca rəqiblər Baş nazir Rəcəb Tayyib Ərdoğanın lideri olduğu hakim Ədalət və İnkişaf Partiyası, müxalif Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyasıdır.