Türkanə Mehtiyeva tutuldu - Kriminal xəbərlər

turkane-mehtiyeva-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 743

İyulun 13-ü saat 20:30 radələrində Zığ qəsəbə sakini Vüqar Məmmədov Neapol küçəsində yaşayan qohumu Hilal Həsənova şəxsi münasibətlər zəminində bıçaqla qarın nahiyəsindən daxilə nüfuz edən xəsarət yetirdiyinə görə Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

İyulun 13-ü saat 20:30 radələrində Fatmai bağlar massivində Füzuli rayon sakini İlkin Muxtarov idarə etdiyi «Otoyol» markalı avtobusla Bakı şəhər sakinləri Hökümə Hüseynovanı və qızı Laləni vurmuş, hər iki piyada hadisə yerində ölmüşdür.

Nizami RPİ 24-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsilə axtarışda olan Türkanə Mehtiyeva tutulmuşdur.