Türkcə danışan siyasətçiyə ağır cəza

turkce-danisan-siyasetciye-agir-ceza
Oxunma sayı: 638

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əksəriyyəti türklərdən ibarət “Haq və Hürriyətlər Hərəkatı”nın sədr müavini Lütfi Məstana qarşı haqsızlıq edilib.

L. Məstan sabah Bolqarıstanda keçiriləcək erkən parlament seçkilərindən öncə türklərin çoxluq təşkil etdiyi Kırcalidə xalq qarşısında çıxış edib. O, əhalini türkcə salamlayıb və çıxışını da türk dilində edib. Lakin bu, etirazla qarşılanıb. Onun türk dilində çıxış etdiyi üçün 2 min 500 avro ödəməli olduğu bildirilir.